Ukraynada 5 nəfəri öldürən qızın biznesmen atası - 1,5 milyon dollar ödəməyə hazıram
Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb.
Mynews.az oxu.az istinadən xəbər verir ki, Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək, qızını bağışlamalarını istəyib.
61 yaşlı iş adamı bildirib ki, zərərçəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır: “İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərərçəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”.
V.Zayçev qəzaya görə təkcə qızının məsuliyyət daşımadığını da deyib: “Başqa bir avtomobil qızımın avtomobilini vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyənləşdirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”.
Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 573 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 562 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 558 dəfə oxunub