Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aşıq Ələsgərin kötücəsi olan Talib Tale bu dəfə görün kimin qohumu çıxdı - FOTO

Talıb Tale ATV-də yayımlanan "Maşın" reailiti-şousunun qalibi bu gün müəyyənləşib. Şounun qalibi müğənni Talıb Tale olub.

Mynews.az modern.az-a istinadən xəbər verir ki, Talıb Tale Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev in qohumudur.

Məsələ ilə bağlı danışan Hafiz Hacıyev, Talıb Talenin onun əmisi qızının oğlu olduğunu deyib.

"Talıb Tale mənim partiyamın üzvü olmasa da, tez-tez yanıma gəlib-gedir. "Maşın" şou müddətində onu izləyirdik və dəstəstəkləyirdik, SMS göndərmişik. Talıb eyni zamanda, Aşıq Ələsgərin kötücəsidir.

Düşünürəm ki, Talıb kifayət qədər sevilir. Şou ərzində bir neçə dəfə duelə çıxdı və hər dəfə uğur qazandı. Bunu "Maşın" şou da çox az iştirakçı edə bilib. Demək ki, sevilən ifaçıdır. Mən onunla fəxr edirəm, onun mahnılarını da dinləyirəm. Kiminsə onun oxuduğu musiqiləri bayağı adlandırması ilə də razılaşmıram, hərənin bir zövqü var. Talıbın yalnız Azərbaycanda deyil, Rusiya və Türkiyədə də pərəstişkarları var. Onun gələcəyi parlaqdır. "Maşın"da qalib olmasına da hamımızı sevindirdi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...