Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur oliqarxın biznesinə ağır zərbə

"Xəzər adaları" SOCAR-ın qaz anbarlarının üzərində tikilib

Məşhur oliqarx, "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmlinin fantastik "Xəzər adaları" layihəsi ilə bağlı "Bizimyol.info" saytına sensasiyalı məlumatlar daxil olub. Vaxtilə adıçəkilən şirkətdə çalışmış mənbənin verdiyi məlumata görə,  şəhərciyin tikintisi ilə bağlı heç bir dövlət sənədi yoxdur. "Xəzər adaları"nın tikintisi aparılan  300 hektar torpaq sahəsi faktiki zəbt olunub. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Avesta Konsern"ə  ərazidə şəhərcik salınması ilə bağlı gərəkən ekoloji rəyi verməkdən imtina edib. Mənbənin sözlərinə görə Nazirlik bununla bağlı kifayət qədər tutarlı əsaslar gətirib. Hacı İbrahim müxtəlif vasitələrlə nazir Hüseyn Bağırova təsir göstərməyə çalışsa da məqsədinə nail ola bilməyib.   Mənbə daha bir maraqlı fakt açıqlayıb. Təxminən iki il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Avesta Konsern"ə məktubla müraciət edərək ərazidə tikinti aparılmasının yolverilməz olduğunu bildirib. X.Yusifzadənin məktubunda qeyd olunub ki, "Xəzər adaları"nın ərazisində  SOCAR-ın qaz anbarları yerləşir. Bu anbarların istismarı dayandırılsa da ləğv olunmayıb, ona görədə tikinti aparılması təhlükəlidir. Mənbənin sözlərinə görə Hacı İbrahim bu xəbərdarlığa məhəl qoymayıb. O hakimiyyətdəki bəzi əlaqələrindən istifadə edərək tikintini davam etdirib.    Bundan başqa orada istifadə olunan tikinti materiallarının keyfiyyəti barədə müvafiq dövlət qurumu-Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəy verməkdən imtina edib. Çünki "Xəzər adaları" ərazisində qurulan səyyar sement zavodunda istifadə olunan materilların keyfiyyət sertifikatları yoxdur. Həmin materiallar Qubada  Qudyalçay, Qaraçay çaylarının yatağında Hacı İbrahimə məxsus daş-çınqıl karxanalarından gətirilir. Komitə dəfələrlə tikinti aparan şirkətə xəbərdarlıq etsə də, Hacı İbrahim bu tələblərə də əməl etməkdən imtina edib.     Xatırladaq ki, Hacı İbrahim Beynəxalq Bankdan müxtəlif şirkətlərinin adına aldığı təxminən 850 milyon manat krediti qaytarmadığına görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bir müddət idarədə saxlanlıdqdan sonra həbsdən buraxılıb. Amma onun ölkədən çıxışına qadağa qoyulub. Mətbuatın yazdığına görə, Hacı İbrahim həbsdə olarkən Bakıda və xaricdəki daşınmaz əmlakının bir qismini sataraq borcun kiçik bir qismini ödəyib. Qalanının da hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürüb.   Mənbə yüzmilyonlarla vəsaitin Haci İbrahimə necə verilməsinə aydınlıq gətirib. Oliqarx bankın keçmiş rəhbərliyinə daxil olan şəxslərin qarşısında bir sıra öhdəliklər götürüb. Onlardan bir qismi belədir: Tikinti üçün lazım olan materialların böyük əkəsriyyəti Beynəxalq Bank rəhərlərinə məxsus şirkətlərdən dəyərindən dəfələrlə baha qiymətə alınıb.  Bu yolla hacı İbrahimə verilən vəsaitlərin 40-50 faizi ondan geri alınlb. Qalan vəsaitləri isə oliqarx istədiyi kimi xərcləyib. oliqarxın özü və atraflı lüks həyat yaşayıb. Onlara məxsus bahalı avtomobillər, villalar, zinət əşyaları göz qamaşdırıb. Bakıda və xarici ölkələrdə əyləncə məclislərinə milyonlar xərclənib. Mənbə "Bizimyol.info"ya Hacı İbrahimin dəbdəbəli həyatı barədə detallı məlumatlar təqdim edib. Olduqca maraqlı olan məlumatları növbəti araşdırmalarda oxcularımızın diqqətinə çatdıracağıq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...