Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Anam küçə qadınıdır” - Evdən qaçan qızın başına gələnlər...

Bakıda avtomobil qaçırmaqda və quldurluq etməkdə təqsirləndirilən gənclərin məhkəməsi davam etdirilib. Onlardan birinin yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməsi də üzə çıxıb. Təqsirləndirilən şəxslərin cinsi azlığın nümayəndəsinə qarşı quldurluq etdiyi də məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən 1997-ci il təvəllüdlü Xıdırov Elməddin Mirzə oğlu, 1994-cu il təvəllüdlü Həsənov Famil Polad oğlu və 1999-cu il təvəllüdlü Qasımov Nahid Nail oğlunun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Məhkəmədə təqsirləndirilən şəxslərdən 20 yaşlı Elməddin Xıdırova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə verilmiş ittiham üzrə şahidlər ifadə verib.

Bildirək ki, E.Xıdırov yetkinlik yaşına çatmayan Sevda Qasımovaya (ad və soy ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib, onunla cinsi əlaqədə olub. Ötən prosesdə ifadə verən zərərçəkmiş S.Q Masallıdakı evlərindən qaçdıqdan sonra Bakıya gəldiyini, başqa bir dostu vasitəsi ilə Elməddin Xıdırovla tanış olduğunu demişdi. S.Qasımova gecə qalmağa yerinin olmadığını və Elməddin Xıdırovun təklifi ilə onun dediyi evə getdiyini söyləyib. Zərərçəkmişin dediyinə görə Elməddin Xıdırov həmin evdə onunla zorla cinsi əlaqədə olub. 

Sualları cavablandıran S.Qasımova evdəkilərlə yola getmədiyi üçün evdən qaçdığını demişdi. Zərəçəkmiş S.Qasımova Elməddinin onunla zorla cinsi əlaqdə olduğunu desə də təqsirləndirilən şəxs bunu təkzib edir.

Qeyd edək ki, məhkəmədə o da məlum olub ki, yetkinlik yaşına çatmayan S.Qasımova bu yaşananlardan sonra hamilə qalıbmış. 15 yaşında hamilə qalan S.Qasımova daha sonra uşağı abort etdirib. S.Qasımova kimdən hamilə qalması ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib və daha əvvəl də başqa şəxslə cinsi əlaqədə olduğunu bildirib. Daha sonrakı fikirlərində isə E.Xıdırovdan hamilə qaldığını söyləyib.

Oktyabrın 25-də baş tutan məhkəmə prosesində Elməddinlə S.Qasımovanın gecələdiyi evin sahibi Səidə Şükürova ifadə verib. O deyib ki, gəncləri bir ailə kimi tanıyıb və evini onlara kirayəyə verib.

S.Şükürova söyləyib ki, gənclər onun evində qalan gecənin səhəri S.Qasımova ilə danışıb: “Səhər gördüm ki, qız həyəti süpürür. Onu yanıma çağırıb söhbət elədim. Kim olduğunu, haradan gəldiyini, həmin oğlanla münasibətini soruşdum. Mənə dedi ki, “20 yaşım var. Anam küçə qadınıdır. Onunla qalmıram”. Söylədi ki, birlikdə yaşadığı bu oğlan ona sahib çıxıb, onun üçün hər şey edib. Hətta evləndiklərini belə dedi”.

Hakimlər və dövlət ittihamçısı şahidə sual veriblər ki, S.Qasımovanın xarici görünüşündən onun 20 yaşında olduğunu görə bilməyibmi? Şahid deyib ki, S.Qasımova 20 yaşının olduğunu dediyi üçün ona inanıb.

S.Şükürova evin kirayə pulunun ödənilib-ödənilməməsi ilə bağlı da suallara cavab verib: “Elməddin dedi ki, səhər gedib atasından pulu alacaq. Bir gecə üçün 5 manat verdi. Səhər də evdən çıxıb getdi. Sonra da qayıtmadı”.

Məhkəmədə S.Şükürovaya bildirilib ki, tanımadığı, yaşları məlum olmayan gənclərə evi 5 manata bir gecəlik kirayəyə verməklə belə bir cinayətin törədilməsinə şərait yaratdığı üçün məsuliyyət daşıyır. S.Şükürova isə söyləyib ki, belə bir hadisənin olacağını güman etmirmiş və artıq evini kirayəyə vermir.

Məhkəmədə zərərçəkmiş yetkinlik yaşına çatmayan S.Qasımovanın atası M.Əbilov da ifadə verib. O söyləyib ki, uşaqlarının anasından ayrılıb və onlara aylıq aliment verir. M.Əbilov 2-3 aydan bir uşaqlarını gördüyünü söyləyib. Hadisədən isə sonradan xəbər tutduğunu deyən M.Əbilov uşaqlarının tərbiyyəsi ilə yaxından maraqlanmadığını da etiraf edib. 

Məhkəmədə zərərçəkmiş şəxslərdən 18 yaşlı Elçin İsmayılov da ifadə verib. Məlum olub ki, təqsirləndirilən şəxslər cinsi azlığın nümayəndəsidir. E.İsmayılov təqsirləndirilən şəxslərin üçünü də tanıdığını deyib. 

O, əli ilə onların ən kiçiyini- Nahid Qasımovu göstərib və ilk onunla tanış olduğunu söyləyib: “Balaca olan yanıma gəldi. Biz onunla danışdıq. Mənimlə dost oldu. Əlimdə iki telefonum var idi. Sonra bu Elməddin mənə yaxınlaşdı. Özünü polis əməkdaşı kimi təqdim etdi. Mən də dedim ki, nə olsun? Dedi ki, “hörmət elə, səni buraxım”. Mən də heçnə verməyəcəyimi dedim. Başladı məni vurmağa. Paltarlarım cırıldı. Polis bölməsinə gedəndə hamı mənim vəziyyətimi gördü”.

E.İsmayılov 65 manat pulunun əlindən alındığını deyib.

Məhkəmədə E.İsmayılova xəstəliyi ilə bağlı da sual evrilib. O, gey olduğunu, həm də epilepsiya xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Zərərçəkmiş E.İsmayılov başqa şəxslərlə pul qarşılığında cinsi əlaqədə olması ilə bağlı suala cavabında belə deyib: “Mən yol qırağında durmuram. Həmin vaxt saçım uzun idi. İndi kəsdirmişəm. Onlar özləri mənə yaxınlaşıb. Mənim onlarla danışmaqda başqa məqsədim yox idi”.

Təqsirləndirilən şəxslərin vəkillərinin suallarından narahat olan E.İsmayılov sonda qəzəbli şəkildə şikayətçi olduğunu və sona qədər də şikayətini geri götürməyəcəyini deyib.

Qeyd edək ki, təqsirləndirilən 3 gəncin cinayət əməli barədə yayaılan məlumatda bildirilirdi ki, onlar yanvarın 21-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırıblar.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar.

Saxlanılanların ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib. Təqsirləndirilən şxəslərin daha bir neçə avtomobili qaçırdıqları məlum olub.(musavat.com)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...