Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xırdalanda atışma - 2 silahlı öldürülüb - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.
 
İlkin məlumata görə,  hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.
 
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.
 
APA-nın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...