Talıb Tale qazandığı avtomobillə ata evində - VİDEO
Ötən gün “Xanımlar vs cənablar” devizi ilə başlayan “Maşın” realiti şousunun final gecəsi keçirilib.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmada iki gün əvvəl Talıb Talenin qalib olması barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq avtomobili Talıb Talenin qazandığını elan edib.
Qalibi açıqlamadan əvvəl Xatun Əliyeva və Talıb Tale mübarizəsinin son dəqiqələrini əks etdirən sujet yayımlanıb. X. Əliyeva əlini avtomobildən çəkərək həmkarının avtomobilə daha çox ehtiyacı olduğunu deyib: “Düşünürəm ki, məndən çox sənin avtomobilə ehtiyacın var. Özümü sınadım, amma istəsəydim, oynayardım. Bu avtomobillə atanın yanına gedərsən. Avtomobil olandan sonra evlən! Mən getdim, xeyirli olsun”.
Süjetdən sonra avtomobilin açarları T. Taleyə təqdim olunub.
Yarışmadan sonra sosial şəbəkələrdə hər kəs ifaçını birincilik münasibətilə təbrik edib. Hətta müğənni Əlikram Bayramov Talıbın Bakıdakı evinə gedib, onun görüntülərini "Instagram"da paylaşıb. Videoda Talıb atası ilə danışdığı, sevincini onunla bölüşdüyü əks olunub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 965 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 927 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 918 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 917 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 915 dəfə oxunub