Azərbaycanda qida zəhərlənmələri - Ölənlər var
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdeyib.
Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib.
Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib.
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri hadisələrinin və onlardan zərərçəkənlərin sayı son 2 ildə 2 dəfəyə yaxın azalıb.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 520 qida zəhərlənməsi hadisəsi baş verib, 773 nəfər qidadan zəhərlənib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Qeyd edilən müddətdə 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub