Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Komitə sədri İraqda olan azərbaycanlı uşaqlar haqqında danışdı

"Dini radikal qrupların fəsadlarından biri də odur ki, bu qrupların təsiri altına düşən insanlar nəinki özlərini, övladlarını da faciəyə sürükləyirlər. Bu da ağır nəticələrə səbəb olur".

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, müvafiq dövlət qurumları vaxtilə terror təşkilatlarının sıralarına qoşulan və hazırda İraqda olan Azərbaycan vətəndaşlarının, xüsusilə qadın və uşaqların oradan gətirilməsi istiqamətində iş aparır: "Azərbaycan vətəndaşları tədricən oradan gətiriləcək və onların təhlükəsizliyinin təminatı üçün dövlət qurumları lazım olan tədbirləri həyata keçirəcək".a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...