Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabaha olan hava proqnozu açıqlandı

Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi günün  ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz  16-19° isti, Bakıda gecə  12-14°, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...