Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bakı Metropoliteni”ndə problem: Qatarlar gecikir

Bu gün səhər saatlarından “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Mynews.az-a bildirib ki, yaranmış problemlə əlaqədar depodan qatarların ötürülməsində fasilələr yaranıb. Bu səbəbdən qatarların qrafikində ləngimələr olub və metro stansiyalarında sıxlıq yaranıb.

Onun sözləırinə görə, hazırda qatarların qrafikindəki gecikmələr aradan qaldırılıb, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxlığı da aradan qaldırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...