Bakının bu ərazilərində bütün köhnə tikililər söküləcək - VİDEO
Paytaxtın “Papanin” və “Kubinka” kimi tanınan ərazilərdə bütün köhnə tikililər söküləcək.
Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov Xəzər TV-yə bildirib ki, artıq Nəsimi rayonunun bir neçə hissəsində söküntü işlərinə başlanılıb.
Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var.
Paytaxtda istismara yararsız binaların sökülərək yerində müasir binaların inşası və həmin binalardan orada yaşayan sakinlərə yeni mənzillərin verilməsi layihəsi dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Söküntü işləri zamanı ərazidə yaşayan sakinlərin yeni bina hazır olanadək bütün kirayə haqları dövlət tərəfindən qarşılanır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1139 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1127 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1127 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1125 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1014 dəfə oxunub