Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobildən 10 min manata yaxın pul oğurlanıb

Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.

Mynews.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib.

Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb. 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...