Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...