Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün yay havası müşahidə ediləcək

"Bu gün, oktyabrın 30-u Azərbaycanda havanın temperaturunun günorta saatlarında 23-27 dərəcəyədək yüksələcəyi gözlənilir".

Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovadeyib.

O bildirib ki, bu gün hava isti keçsə də, sabahdan temperatur tədricən enəcək: "Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal küləyinin arabir güclənəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu günlə müqayisədə temperaturun tədricən 3-5 dərəcə enəcəyi gözlənilir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...