Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metroda siqaret çəkmək olarmı? - VİDEO

Bakı sakini metrodakı maşinistlərin siqarət çəkərək sərnişinləri narahat etməsindən şikayətlənir.

Mynews.az xezerxeber.com-a istinadən bildirir ki, Elşən Qasımovun sözlərinə görə, demək olar ki, hər gün metroda olarkən qatarın için siqarət iyisi bürüryür. Buna səbəb isə maşinistlərin qatarı idarə edə-edə siqaret çəkmələridir.

Şikayətçi həmçinin bildirib ki, adətən avtobuslarda rast gəlinən bu problemdə sürücüynən danışıb məsləni həll etmək olursa,metroda bu mümkün deyil.

Məsələ ilə bağlı bakı metropolitenin mövqeyini öyrəndik.Metropolitenin şöbə müdiri Nəsimi Paşyevin sözlərinə görə qatarda maşinistlərin siqarət çəkməsinə icazə verilir. Çünki, onlar bir necə saat dayanmadan yerin altında olurlar və fasilə üçün hec bir yerə çıxa bilmirlər. Maşinistlər üçün qatarda siqaret çəkməyə xüsusi şərait yaradılıb. Təhlükəsizlik üçün isə bütün tədbirlər görülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...