"20 yanvar" dairəsində nəqliyyat problemi - Taksilər 2 manat oldu...
Son günlər axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsindən Xırdalan şəhəri, Masazır qəsəbəsi istiqamətinə getmək mümkünsüz hala çevrilib.
Buna səbəb həmin istiqamət üzrə hərəkət edən avtobusların (199, 119, 135) pik saatlarda dolu halda gəlməsi, alternativ kimi istifadə olunan “1 manatlıq taksilər”in DYP əməkdaşları tərəfindən yığışdırılması və fəaliyyət göstərə bilən bəzi taksi sürücülərinin isə qiyməti 2 manata qaldırmasıdır.
Maraqlıdır, belə olan halda insanlar evinə necə getməlidir?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Metbuat.az-a açıqlamasında bildirir ki, hazırda bu cür problemlərin yaşandığı marşrut xətləri üzrə təhlillər aparır:
“Sərnişinlərin rahat formada sərnişin avtobuslarından istifadəsinə imkan verən optimal variantlar müəyyənləşdirilir və həyata keçirilir. Qeyd edilən istiqamətdə də, həmçinin hazırda araşdırmalar gedir”.
Məsələ diqqətimizdədir…
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 955 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub