“Qoca”nı qaçıran Günay Atakişiyeva KİMDİR?
"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.
Mynews.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq "Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.
Təxminən 30 yaşlı subay qadın "Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.
G.Atakişiyeva hazırda "Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: "Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.
G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq "Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 567 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 556 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 553 dəfə oxunub