Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metropolitenində retro qatarlar - FOTO

“Bakı Metropoliteni” QSC yeni təmir olunmuş qatarları təqdim edib.

Mynews.az xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz "Facebook" hesabında paylaşım edib.

Yeni qatarlar nəzərəçarpacaq dərəcədə dəyişilib, vaqonlar retro üslubuna işlənilib, işıqlandırma sistemi dəyişilib, oturacaqlara dəri örtük çəkilib. Təmir olunmuş qatarları görən vətəndaşlar onu “VİP qatarlar” adlandırıblar. 

Yaxın zamanlarda qatarlar ümumi istifadəyə veriləcək.

Qeyd edək ki, qatarlar təmir edilsə də, kondisioner əlavə olunmayıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...