Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leyla Şıxlinskayaya cinayət işi açılıb

Xalq artisti Leyla Şıxlinskaya barəsində cinayət işi açılması məsələsinə aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, L.Şıxlinskaya Qafqazinfo-ya açıqlamasında bu mövzuya aiddiyatı olmadığını qeyd edib.

“Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiniz. Mən ancaq o qurumların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacağam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur.  Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”,-deyə o bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...