Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xaçmazda məktəb direktorundan şagirdə qarşı İYRƏNC ƏMƏL: otağına saldı, dodağından öpdü və... - YENİLƏNDİ

Xaçmaz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi Ağamirzə Əzimov Arzu kənd məktəbinin direktorunun vəzifəsindən kənarlaşdırılması barədə iddialara aydınlıq gətirib.

A.Əzimov  açıqlamasında bildirib ki, bu fikirlər həqiqəti əks etdirmir: “Məktəbin direktoru Gülfərz Alxasov 3 gündür xəstəliyi səbəbindən işə gəlmir. Bu səbəbdən onun vəzifəsini müvəqqəti olaraq direktor müavini icra edir. Lakin onun valideynin iddiası ilə bağlı işdən uzaqlaşdırılması xəbəri doğru deyil. Valideynin iddiasına görə isə, həmin hadisə 15 gün əvvəl baş verib”.
***
Xaçmaz rayon Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfərz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkətdə ittiham edilir.

İddiaya görə, G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini otağında dodağından öpüb. Bu hadisəni həmin vaxt otağa daxil olan işçilərdən biri görüb.

Xaçmaz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi Ağamirzə Əzimov açıqlamasında yayılan məlumatdan xəbərdar olduqlarını bildirib:

“Bu barədə valideyn polisə məlumat verib, Təhsil Şöbəsinə də şifahi müraciət olub. Müraciət əsasında şöbənin əməkdaşları məktəbdə olub. Direktor, müəllim və şagirdlər danışdırılıb, izahatları alınıb. Polisə müraciət edildiyindən məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Bu gün araşdırmanın nəticəsi bəlli olacaq”.

A.Əzimov bildirib ki, G.Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərir:

“Bu vaxta qədər direktor və məktəbdən hər hansı şikayət daxil olmayıb. Ancaq valideynin belə bir şikayət etməsinin səbəbi bəlli deyil”.

Təhsil Şöbəsinin əməkdaşı bildirib ki, polisin araşdırması nəticəsində valideynin iddiası təsdiqini tapsa, o zaman direktorun sonrakı fəaliyyəti barədə Təhsil Nazirliyi qərar verəcək: “Nazirliyin qərarı ilə vəzifəsindən azad edilə bilər. Bizim qərarımız yalnız onun təhsil fəaliyyəti ilə bağlı ola bilər”.

Direktor Gülfərz Alxasovla əlaqə saxlamağa çalışdıq, lakin polis bölməsində olduğundan danışa bilmədik.publika.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...