Xaçmazda direktor 12 yaşlı şagirdi zorladı - Rayon ayağa qalxdı - FOTOLAR
Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb.
AzadQadin.az-ın"Report"un Şimal bürosuna istinadən məlumatına görə, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir.
Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiya təşkil ediblər.
Hadisə yerinə Rayon Təhsil Şöbəsinin müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 575 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 563 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 559 dəfə oxunub