Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib - FOTOLAR

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.   APA-nın məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.   Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.   Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.   Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.   Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.   O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...