Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fədayənin instaqramından "Qoca"nın məzar fotosu paylaşıldı və bu sözlər yazıldı - FOTO

Həbs edilən müğənni Fədayə Laçına aid olduğu bildirilən instaqram hesabından bu gün dəfn edilən "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov barəsində növbəti paylaşım edilib.

GoldNews.Az xəbər verir ki, bu dəfə həmin hesabdan kriminal avtoritetin məzarı başından çəkilmiş foto paylaşılaraq, üzərinə bu sözlər əlavə edilib:

"Əbədi mənzilin mübarək, Etibar. Məhəbbət zirvən mübarək. Allah rəhmət eləsin, can qardaş... Niyə belə oldu axı? Soyuq mənzilin mübarək..."

Qeyd edək ki, müğənninin adına açılmış instaqram hesabını idarə edən şəxs həmin profilin Fədayə Laçının icazəsi əsasında açıldığını qeyd edib, lakin bir neçə gün əvvəl həmin hesabdan avtoritetin ölüm xəbərini paylaşan şəxs isə müğənninin rəfiqəsi olduğunu bildirmişdi.

Həmin paylaşımı təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...