“Qoca” şeirlərini Fədayəyə yox, ona həsr edib - Torpağa tapşırıldı - FOTOLAR
Ötən gün cənazəsi ailəsinə təhvil verilən “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun nəşi torpağa tapşırılıb.
Mynews.az Qafqazinfo.az-a istinadən mərhumun həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, “Qoca” şeirlərini müğənni Fədayə Laçına yox, həyat yoldaşına həsr edib:
““Qoca” və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. “Qoca” mətbuatda deyildiyi kimi şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə “Qoca” evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, “Qoca”nın adının Fədayə ilə hallanmasına pis olub”, – deyə “Qoca”nın yaxın qohumlarından biri söyləyib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 961 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 931 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 921 dəfə oxunub