Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Hollywood Film Awards” - Keyf Uinsletin öpüşü, Colinin mükafatı

Beverli-Hillsdə 21-ci dəfə “Hollywood Film Awards” mükafatlandırma mərasimi keçirilib.

Mynews.az xarici KİV-ə istinadla xəbər verir ki, Hollivud ulduzlarının mükafatlandırıldığı gecə məşhurların səhnədəki emosional davranışları ilə yadda qalıb.

Aktrisa Keyf Uinslet mükafatı almaq üçün ondan sonra səhnəyə gələn həmkarı Ellison Cennini dodağından öpərək təbrik edib. Aktrisaların bu davranışı izləyicilərin təəccübünə səbəb olub.

Tədbirdə “Ən yaxşı aktyor” adını “Stronger” filmindəki roluna görə Ceyk Cillenhol, “Ən yaxşı aktrisa” titulunu isə “Wonder Wheel” filmindəki obrazına görə Keyt Uinslet qazanıb. “Əcnəbi dildə ən yaxşı film” Ancelina Coli və Lun Unun çəkildiyi “First They Killed My Father” olub. “Ən yaxşı rejissor” Co Rayt (“Darkest Hour” filmi) seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...