Sabaha olan hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 13-15, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-9, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, sabah Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Cəmiyyət
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1177 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1144 dəfə oxunub
- Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb 1002 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 950 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 941 dəfə oxunub