İşdən çıxarılan müəllimin məktəb direktoruna qarşı iddiası əsasında məhkəmə qərarı elan edilib
Bu gün Şəki Apellyasiya Məhkəməsində müəllim vəzifəsindən çıxarılan Cavan Yunusovun məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a C.Yunusovun özü məlumat verib.
Onun sözlərinə görə, məhkəmə Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovun apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib.
C.Yunusov bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Qeyd edək ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.
Calud kənd orta məktəbinin direktoru Lətif Abbasov qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllim C.Yunusovu haqlı çıxararaq qərarı qüvvədə saxlayıb. Daha sonra L.Abbasov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı ləğv edərək, işin yenidən Şəki Apellyasiya Məhkəməsində baxılması barədə qərar çıxarıb.
Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 980 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 950 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 940 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 939 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 937 dəfə oxunub