Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda FACİƏ - ata və qızı yaralandı - YENİLƏNİB - FOTO

11:45

Mynews.az bildirir ki, xeberle.com-a daxil olan məlumata görə 08:19-da Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin dispetçer xidmətinə Sumqayıt şəhəri Azərbaycan prospekti, Sənaye rayonu "Beton zavod" ərazisində gecə qondu yaşayış massivində fərdi ev yanması barədə məlumat daxil olub.

Saat 08:20-də hadisə yerinə 2 ədəd yanğın avtomobili canlı qüvvə ilə birlikdə cəlb edilib. Yanğın nəticəsində fərdi yaşayış evi kimi istifadə olunan taxta və metal konstruksiyalı ümumi sahəsi 60 kv.metr olan vaqon və bitişik taxta tikili yanıb.

Saat 08:54-də yanğın söndürülmüşdür. 2013-cü il təvəllüdlü Məmmədli Məltəm Pərviz qızıbədən 3-cü və 4-cü dərəcəli, Məmmədov Pərviz Rüstəm oğlu isə 1-ci dərəcəli yanıq xəsarəti almışdır . Xəsarət alanlar xəstəxaya yerləşdirilib.

----------

10:32

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Mynews.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi olan kişi və qızı müxtəlif xəsarətlər alıb, xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...