Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu kadrlar Bakıdandır - Çirkab sular Xəzər dənizinə axıdılır - VİDEO

Həm torpaq, həmdə dəniz çirklənir. Bura Paytaxtın Hövsan qəsəbəsidir. Boş əraziyə boru vasitəsi ilə çirkli sular axıdılır.

Elə həmin borudan bura minlərlə plastik su qabları da tökülür. Çəkiliş zamanı da kanalizasiya sularının bura töküldüyünün şahidi olduq. Yaranan üfunət qoxusu isə ətrafa yayılır.

Ən dəhşətlisi isə odur ki, çirkli su və tullantılar kanal vasitəsi ilə birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılır.

Mynews.az bildirir ki, çirkab suyun hansı mənbədən axıdıldığını müəyyənləşdirmək mümkün olmadı.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirdi ki, görüntülərə baxıldıqdan sonra əraziyə nazirliyin əməkdaşları tərəfindən baxış keçiriləcək. Suyun hansı mənbədən axıdıldığı müəyyən edildikdən sonra sərt cəza tədbirləri görüləcək. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...