Şəkidə maraqlı toy - Gəlini evdən bayraqlarla çıxardılar
Bu gün Şəkidə maraqlı toy keçirilib. Toy günü 9 noyabr - dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıblar.
Mynews.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu hadisə sakinlərin də marağına səbəb olub. Gəlini evdən bayraqlarla çıxarıblar.
Toy karvanı bəy evində də bayraqlarla qarşılanıb.
Ruslan Məhərrəmov və Rəvanə Məhərrəmova cütlüyünün toy mərasimi bu günə, yəni 9 noyabr Dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıb.
Yenicə ailə quran gənclərin arzusu tezliklə Qarabağın işğaldan azad edilməsi və bayrağımızın ölkəmizin hər yerində dalğalanması olub.
Kənd sakinləri də gənclərin bu şad günlərində onlara ən xoş arzularını çatdırıblar.
Sakinlərin dediklərinə görə, kənddə ilk dəfədir belə toy mərasimi keçirilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub