Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhkəmə “Faytonçu” Nazimin əleyhinə qərar çıxardı

Cərrah Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Mynews.az Enter.News-a istinadla xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib.

Binəqədi rayon Məhkəməsi müğənni Nazim Pişyarinin ("Faytonçu" Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulması ilə bağlı qərar vermişdi.

Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, klinikanın nümayəndəsi Ramiz İbrahimov apelyasiya şikayəti verib.

Nazim Pişyari bildirib ki, ilk dəfə klinikada cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb edib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...