Azərbaycanın tanınmış jurnalisti vəfat etdi
Tanınmış jurnalist Altay Zahidov dünyasının dəyişib.
Mynews.az xəbər verir ki, bu barədə oxu.az-a Zahidovun nəvəsi məlumat verib.
Məlumatda bildirilir ki, o uzun sürən xəstəlikdən dünyasının dəyişib.
Qeyd edək ki, Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
1954-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974-1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür.
Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimi, Əmək veteranı, professor olub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 908 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 598 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 598 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 595 dəfə oxunub