Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-a köçən azərbaycanlı jurnalist qabyuyan işləyir - FOTO

Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır ABŞ-da yaşayan A.Talıbova orada qabyuyan işlədiyini və bunu əks etdirən fotoşəklini yayıb.

Mynews.az modern.az-a istinadla xəbər verir ki, Aynur Talıbova işindən çox məmnun olduğunu deyib.

"Nəyə görə qabyuyan işləmək utancverici olmalıdır?! ABŞ böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, ABŞ-ın Virciniya ştatında qab yumaq məsləhətdir", - o bildirib.

A.Talıbovanın sözlərinə görə, ona qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

"Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacağam", - deyə keçmiş telejurnalist zarafatından da qalmayıb.

Aynur Talıbova ABŞ-da yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib: "Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm".

Qeyd edək ki, əvəllər "Lider" və "ANS" telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...