Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı - Müəllimin faciəsi - VİDEO
Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlivəndər Əliyev həyat yoldaşını və körpə uşağını evdən çıxarmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb. Ev sahibinin külə dönmüş cəsədi yığılaraq, doğmalarına təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, ev sahibi 37 yaşlı Əlivəndər Rasim oğlu Əliyev 2 il öncə ailə qurub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs müəllimi olan Əlivəndəri hamı “Alik” kimi tanıyırmış. Uşaqların sevimlisi olan “Alik” müəllim neçə-neçə gəncə Azərbaycan rəqslərini öyrədən peşəkar xoreoqraf-rəqqas olub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub