Aptek işçisi həbs edildi - Müdir qaçdı
Reseptsiz satılması qadağan olunan dərmanların açıq satışına görə bir nəfər tutulub, digəri axtarışa verilib.
Baş Prokurorluqdan verilən məlumata görə, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satıması müəyyən edilib.
Noyabrın 11-də Bakı şəhər prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.
Aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.
Aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunub və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülüb.
N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə ) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub