Müğənni Damlaya “AA” seriyalı nömrəni kim hədiyyə edib?
Azərbaycanda daha bir məşhur AA seriyalı avtomobil idarə etməyə başlayıb.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, tez-tez şəxsi həyatı ilə gündəmə gələn müğənni Damla indi də avtomobili ilə diqqət mərkəzinə düşüb. Belə ki, müğənni bu dəfə idarə etdiyi Toyoto "Fortuner” markalı avtomobilinin "AA” seriya dövlət nişanı olması ilə diqqəti çəkib.
Bu barədə müğənninin prodüseri öz profilində şəkil paylaşıb. O, istifadəçilərdən birinin "Bu avtomobil sənindir?” sualına "Damla xanımın maşınıdır” deyə cavab verib.
Qeyd edək ki, qanunvericiliyə görə Azərbaycanda "AA” seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilə bilər. Ancaq fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər. Maraqlıdır ki, müğənniyə bu nömrəni hansı hüquqi şəxs hədiyyə edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1138 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1126 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1126 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1124 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1013 dəfə oxunub