Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyalı çempionu öldürən azərbaycanlı ilə bağlı YENİ XƏBƏR - VİDEO - VİDEO

Rusiya hökuməti Dünya Azərbaycanlıları Asambleyasının (DAA) azərbaycanlı idmançı Anar Allahverənov və rusiyalı dünya çempionu Andrey Draçov arasında baş vermiş insidentlə bağlı müraciətinə cavab verib.

Mynews.az azxeber.com-a istinadən məlumatına görə, Rusiyanın Ədliyyə Nazirliyi DAA-a rəsmi cavab məktubu göndərib.

Məktubda Rusiya Federasiya Baş Prokurorluğu qarşısında bu hadisənin ciddi araşdırılması və DAA-nın narahtçılığı nəzərə alınaraq, məsələnin hərtərəfli araşdırılması və hadisənin gedişatı ilə bağlı təşkilatın sədri Rəşad Quliyevə məlumat verilməsi qeyd olunur.

Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində azərbaycanlı idmançı Anar Allahverənov və rusiyalı dünya çempionu Andrey Draçovu arasında münaqişə baş verib.

Məişət zəminində baş vermiş bu münaqişə ermənilər və Rusiyadakı bir sıra KİV-lər tərəfindən milli zəmində baş verən hadisə kimi təqdim olunub. Hətta, Rusiyada fəaliyyət göstərən bəzi media orqanlarında bu hadisədən Azərbaycan dövləti əleyhinə kampaniyalar başladılıb. Bunun nəticəsində Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürülmə maddəsi dəyişdirilərək, milli münaqişə zəmində qəsdən adam öldürmə maddəsi ilə əvəz olunub. Bu da o deməkdir ki, həmyerlimiz Anar Allahverənov ömürlük həbs cəzası ala bilər. Bununla əlaqədar olaraq, Dünya Azərbaycanlıları Asambleyası bir müddət öncə Rusiyanın hüquq mühafizə orqanlarına müraciət edib. Müraciətdə hadisənin təfərrüatları ilə bağlı geniş məlumat verilib.

DAA-nın müraciətində hadisə ilə bağlı mövcud olan Rusiya-Azərbaycan dostluq münasibətlərinə kölgə salmaq meyllərinin olması xüsusi qeyd edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...