Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda icra məmurları qonşusunun əvəzinə sahibkarın obyektlərini sökdülər, yarım milyonunu məhv etdilər

Məhəmmədi kəndi, Yeni yaşayış massivinin sakini Novruzova Pərvanə A24.az-a müraciət edərək, şikayətini bildirib.

O, qeyd edib ki, 17 ildir ona məxsus olan həyətyanı sahə qanunsuz şəkildə, Abşeron rayon icra məmurları tərəfindən sökülüb. 2017-ci ilin mart ayında həyətinə heç bir xəbərdarlıq edilmədən daxil olan İcra Məmurları başlarında  Abşeron rayon icra nümayəndəsi Həsənov İlyas olmaqla Novruzəliyevlər ailəsinin bütün təsərrüfatını məhv edib, viran qoyublar. Pərvanə Novruzəliyeva iddia edir ki, əlində olan Çıxarışları göstərməsinə baxmayaraq, sənədlərinə məhəl qoyulmayıb və ona hal hazırda 400 000 AZN-ə yaxın ziyan dəyib.

 

Müracət etdiyi məhkəmələrdə süründürməçiliklə işin uzadlması prosesi gedir. O, iddia edir ki, sökülməli olan ev onun deyil, qonsuluqdakı Quluyevlər ailəsinin evidir. Əllərində olan qətnamədə də məhz onların adı qeyd olunub. Quliyev Hüseyin Balakişi oğlu və Quliyeva Aytəkin Yadigar qızının adları qeyd olunan qətnaməyə əsasən niyə mənim təsərrüfatım və həyətimi dağıdırlar deyə məhkəməyə müraciət edən zaman, Pərvanə xanıma qətnamədə sizin adınız yazılmayıb, bu əmir sizin həyətiniz üçün deyil cavabı verilib. Dəyən ziyanın qarşılığını almaq üçün açılan məhkəmə prosesi hələ də davam edir.

“Mart ayının 15-də Abşeron rayonu icra məmurları mənim həyətimə daxil olub məni bütün təsərrüfatımı, 6 parnikimi, toyuq –cücəmi məhv edərək getdilər. Qeyri-iş günü olduğundan mən yalnız aidiyyatı orqanlara 26 martda müracət etdim. Hakim İlham Kərimlinin qəbulunda oldum və özümü təqdim edərəkən o, mənə dedi ki, bu qərar sizə deyil Quliyevlər ailəsinə məxsusudur. Siz onları həyətinizə nə səbəbə buraxmısınız? Gedin, onları Sumqayıt inzibati məhkəməsinə verin və sizə dəyən zərəri geri alın. Bizə dəyən zərər isə 100 manat deyil, 1000 manat deyil, tam olaraq 400 000 manata yaxındı”.

Xanım onu da iddia edir ki, Bədəlov Vahid evi Mikayıl adlı şəxsdən alıb. Həmin Mikayıl adlı şəxs isə məhz onların qonşuluğunda yaşayan Quliyev Hüseyin Balakişi oğlu və Quliyeva Aytəkin Yadigar qızına məxsus olan evdir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...