Sumqayıtda avtobus atəşə tutulub? - RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.
Mynews.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub
loading...