Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Burda olduğuma görə peşiman deyiləm" - Qadını aldadan saxta polis kameralara əl elədi - VİDEO

Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq törədən şəxs tutulub.

ARB TV xəbər verir ki, Goranboyun Muzdurlar kənd sakini Sonaxanım İbrahimova Rayon Polis Şöbəsinə müraciət edərək, bir nəfər şəxsin onu aldadaraq dələduzluq yolu ilə 5000 manat pulunu ələ keçirdiyi barədə məlumat verib.

Zərərçəkən ərizəsində bildirib ki, dələduz özünü Rusiya hüquq-mühafizə orqanlarının polis polkovnik-leytinantı kimi təqdim edib və qadına oğlu Raminin həmin ölkədə cinayət törətdiyini, polis tərəfindən axtarıldığını deyib. Bu işə xitam verilməsi üçün Sonaxanım İbrahimovadan pul tələb edib və istədiyi məbləği ondan alıb. Hadisədən sonra aldadıldığını bilən qadın polisə müraciət edib.

Rusiya Federasiyası vətəndaşı olan, lakin Samuxun Ağasıbəyli kəndində yaşayan Ələddin Novruzov dələduzluq faktına görə özünü təqsirli bilməyib. O, Sonaxanım İbrahimovanı tanımadığını və qadının iddialarının doğru olmadığını bildirib.

Ələddin Novruzov - saxlanılan şəxs: “Mən o adamı tanımırdım. Qapıbir qonşum aparıb. Onlar o adama iş görüblər, dedi ki, pulumuzu vermirlər. Mən də ağsaqqal kimi getdim onunla. Mən özümü təqsirli bilmirəm. Mən etməmişəm”.

Ələddin Novruzov kameraya əl etməyi də unutmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hüquq-mühafizə orqanı əməkdaşları Ələddin Novruzovun əməlindən zərər çəkən vətəndaşların sayının artacağını istisna etmirlər. Onunla bağlı şikayəti olan şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə, eləcə də müvafiq polis şöbə və bölmələrinə müraciət edə bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...