Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AMEA əməkdaşları üçün yeni yaşayış kompleksi salınır

Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması üçün uğurlu addımlar atılır.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovtəşkilatın VII qurultayında çıxışı zamanı deyib.

H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.

O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını ucuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:  "Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması məsələsi də öz həllini tapacaq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...