Zeynəb Xanlarova Rasim Balayevə kömək istədi - "Dərmanlara pulu çatmır"
“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”
Mynews.az “Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib. O, aktyora kömək olunmasını xahiş edib:
“Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”.
MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub
loading...