Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yol polisləri iki nəfəri ölümdən qurtardı

Yol polisləri döyülənləri xilas edərək polis bölməsinə təhvil veriblər.

Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakıda yol polisi əməkdaşları iki gənci ölümdən qurtarıb. Şahidlər bildiriblər ki, noyabrın 14-də, axşam saatlarında Nəsimi rayonu ərazisində yol kənarında bir qrup gənc arasında əlbəyaxa dava baş verib. Təxminən 15 nəfər gənc iki nəfəri kafedən bayıra çıxararaq yol kənarında döyməyə başlayıblar. Bu zaman yoldan keçən DYP-nin YPX Alayının 11-ci taqımının əməkdaşları 99 YP 468 nömrəli patrul avtomobilini saxlayaraq davanı sakitləşdirməyə başlayıblar. Polis əməkdaşlarından biri Elnur Həsənov olub. O, həmkarı ilə birlikdə davanı sakitləşdirərkən bir qrup şəxsin iki nəfəri amansızcasına döydüyünü görüblər.

Yol polisləri dərhal həmin 2 nəfəri azğınlaşmış gənclərin əlindən alaraq YPX avtomobilinin yanına gətiriblər. Təqdim olunan videodan da göründüyü kimi, yol polisləri iki nəfəri maşının yanında qorusa da, kənardan onlara hücum edib əl-qol atanlar da olub. İki nəfəri döyün 15 nəfərdən biri hətta polislərin yanından döyülən gənclərin birinin qoluna bıçaqla xəsarət yetirib. Polislər dərhal həmin şəxsi tutaraq bıçağı onun əlindən alıblar.

Az sonra DYP əməkdaşlarının dəvəti ilə əraziyə Post-Patrul Xidmətinin əməkdaşları gəlib. Yol polisləri saxlanılan şəxsləri, eləcə də, döyülən iki nəfəri, habelə bıçağı onlara təhvil verəndən sonra ərazidən uzaqlaşıblar və xidmətə davam ediblər.

Davanın söyüş üstündə baş verdiyi bildirilir. Həmin iki nəfər kafedə söyüş söydüyü üçün bir qrup şəxs onları bayıra çıxaraq döyüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...