Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MTRŞ-dan 15 yaşlı qızın evləndirilməsi ilə bağlı - AÇIQLAMA

““Xəzər” TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın məcburi nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş olunub.

Mynews.az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov AzVision.az-a açıqlama verib. O, bildirib ki, hazırda məsələ araşdırılır:

“Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə tərəfimizdən nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Tərəfimizdən araşdırma aparılır. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsləsindən söhbət getmir. Sadəcə olaraq həmin qız uşağın elçi gediblər. Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb”.

O, belə halların təbliğ olunmasının əlehinə olduğunu bildirib: “Verilişdə hər iki tərəfin də mövqeyi öyrənilib. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil. Guya Azərbaycanda 15 yaşlı qızlara elçi gedilmir? Əlbəttə gedirlər. Həmin ailələrdə bildirilər ki, bizi qızımın evlənmək yaşı deyil, 7-ci sinifdə oxuyur. Biz hazırda həmin məsələni araşdırırq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...