Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah paytaxtın bu hissəsində işıq olmayacaq

Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə Mynews.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...