Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrük ödənişlərinin qaytarılması qaydası dəyişdi

Nazirlər Kabineti “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edib.

Mynews.az-ın məlumatına görə, həmin qaydalara aşağıdakı dəyişiklik edilib: 

1. 2.2-ci bənddə “əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin. 

2. 6.9-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sözləri “Komitəyə” sözü ilə əvəz edilsin. 

3. 6.10-cu bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin. 

4. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin: 

“7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...