Zeynəb Xanlarovanın müraciətinə nazirlik nə cavab verdi?
Milli Məclisin 17 noyabr tarixinə olan plenar iclasında xalq artisti, deputat Zeynəb Xanlarova məşhur aktyor Rasim Balayevin son durumu ilə bağlı danışıb. Deputat Rasim Balayev üçün səhiyyə və mədəniyyət nazirinə müraciət edib:
Spiker Oqtay Əsədov isə “Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə reaksiya verib.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib:
“İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.
Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məsələ ilə bağlı araşdırma aparılacağını bildirib:
“Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərləndirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.
“Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim”. Bu sözləri Rasim Balayev açıqlamasında deyib. Aktyor deputat Zeynəb Xanlarovaya və spiker Oqtay Əsədova öz təşəkkürünü bildirib.
“Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan oldumu” sualımıza isə aktyor bu cür cavab verdi:
“Yox... istəmirəm də”.
Qeyd edək ki, ötən həftə xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayevin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə, incəsənət və mədəniyyət aləminin nümayəndələri tərəfindən məyusluqla qarşılanmışdı. Aktyorun “dərmanlara pul çatdıra bilmirəm” deməsi isə daha böyük təəssüf doğurmuşdu.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 562 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 552 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 199 dəfə oxunub