Azərbaycanın “Dubay Ekspo 2020”də iştirak edəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” ümumdünya sərgisi üçün əsas hazırlıqlardan biri hesab olunan 2-ci beynəlxalq iştirakçılar toplantısı (IPM – International Participants Meeting) keçirilib.
Heydər Əliyev Fondundan Mynews.az-a verilən məlumata görə, toplantıda iştirakçı ölkələr “Ekspo 2020” ərəfəsində görülən işlər və gələcək planlar barədə çıxış ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın beynəlxalq sərgilərdə iştirak təcrübəsi, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla ugurla təmsil olunması barədə məlumat verib. İclas çərçivəsində Azərbaycan Respublikasının “Dubay Ekspo 2020”də iştirakı haqda müqavilə imzalanıb.
“Dubay Ekspo 2020”nin baş direktoru və BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Al Həşimi planlaşdırma təqvimi üzrə əldə olunan nailiyyətlər və gələcək mərhələlər barədə danışıb.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Bizim üçün bu gün fikrimizi hazırlıq işlərinə yönəltmək və üç ildən sonra dünyanı “Dubay Ekspo 2020”də qəbul etməyə tam hazır olmaq çox vacibdir”.
Qeyd edək ki, “Zehinləri birləşdirək, gələcəyi quraq” 2020-ci ildə keçiriləcək “Dubay Ekspo”nun əsas mövzusudur. 438 hektar ərazidə yaradılacaq beynəlxalq sərgidə 180 ölkənin iştirak edəcəyi və 25 milyon ziyarətçinin gələcəyi gözlənilir. “Dubay Ekspo” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-ə qədər davam edəcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub