Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı zəvvarlarla bağlı ağlasığmaz hadisə

Azərbaycanda bir qrup zəvvar, karvanbaşı Təvəkkül Həsənov tərəfindən aldadılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Amid Boradigah adlı istifadəçi öz “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, T. Həsənov zəvvarların pulunu mənimsəyib: “O, keçən il də zəvvarların pulunu mənimsəmişdi. Həsənov keçən il hotel otağını yandırıb zəvvarlara demişdi ki, pul otaqda yanıb. Zəvvarlar öz hesablarına yolpulu düzəldərək Azərbaycana qayıtmışdılar”.

A. Boradigah qeyd edib ki, bu il də Təvəkkül Həsənovu tanımayan bir qrup zəvvar ona pul verərək, Kərbəla ziyarətinə yola düşüb:

“Amma Həsənov keçən il olduğu kimi bu il də zəvvarlara bildirib ki, pulu borclarına verib və zəvvarlara verməyə pulu yoxdur. Deyib ki, “vurun, öldürün pul yoxdur”. O, zəvvarların nə yol pulunu, nə də hotel haqqını ödəyib”.

“Ümumiyyətlə 4 avtobusda 230-a yaxın zəvvar olub. Zəvvarlar ondan pullarını tələb etsələr də, heç nə ala bilməyiblər” — Boradigah əlavə edib.

Məsələ ilə bağlı əlaqə saxladığımız, adının açıqlanmasını istəmyən başqa bir Kərbəla ziyarətçisi də iddianı təsdiqləyib. Onun bildirdiyinə görə, bu işdə Təvəkkül Həsənov tək deyil, bir neçə nəfərlə əlbirdir.
Zəvvarlar öz aralarında 4000 dollar yığaraq, Azərbaycana qayıdıblar. İddia olunur ki, Təvəkkül Həsənov zəvvarların, ümumilikdə 30 min manat pulunu mənimsəyib.

Hazırda aldadılmış zəvvarlar T. Həsənovdan şikayətçidirlər və pullarını tələb edirlər.
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...