Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Bakıda avtomobilin üzərinə binadan paltaryuyan maşın atıblar.

Trend bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “Moskva” univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan “LEXUS” markalı bahalı avtomobilin üzərinə düşərək onu yararsız hala salıb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...